Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər. Onlar sosial tələblərinin yerinə yetirilməsini tələb ediblər.

Etirazçılar sentyabrın 5-də Təbriz və Urmiyada yerləşən Sosial Müdafiə İdarələrinin qarşısında toplaşıb etiraz aksiyası keçiriblər.

Bir sıra digər şəhərlərdə də təqaüdçilər aksiya keçiriblər.

Təqaüdçilər təqaüdlərin hesablanması formuluna yenidən baxılmasını tələb ediblər. Onların fikrincə, hazırkı ödəmə qaydalarında ağır və zərərli işlərdə çalışan təqaüdçülərin fəaliyyət illəri düzgün hesablanmayıb.

Təqaüdçilər həmçinin hökumətin Sosial Müdafiə İdarəsinə olan borcunun ödənilməsini istəyiblər.

Etirazçılar bildiriblər ki, Sosial Müdafiə İdarəsi təqaüdçülərin məişət problemlərini həll etmək məqsədilə hökumətə borcunu ödəmək üçün təzyiq göstərməlidir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın