Çərşənbə , İyun 17 2026
azfa

Güney Azərbaycan və İran adlanan ölkəni tətillər bürüdü – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-ci il oktyabrın 8-də Güney Azərbaycan və İran adlanan ölkənin 50-dən çox şəhərində rejimin yaratdığı ağır iqtisadi duruma, ölkədə qeyri-sabit iqtisadi vəziyyətə və ticarət mərkəzlərində hökm sürüən iqtisadi durğunluğa etiraz olaraq mağaza və ticarət obyektlərinin sahibləri kütləvi tətilə başlayıblar.

Kütləvi tətillər, bir neçə gün əvvəl sosial şəbəkələrdə əhalini geniş tətillərə başlamağa təşviq edən çağırışların yayılmasından sonra reallaşıb.

Bildirilir ki, Tehran, İsfahan, Şiraz, Məşhəd, Təbriz, Urmiya, Marağa, Qəzvin, Zəncan, Kirmanşah, Sonqur, Qəsr Şirin, Qoşaçay, Bukan, Saqqız, Banə, Mərivan, Qorqan, Sərdəşt, Bəndər Abbas, Çabahar, Zahidan, Xaş, Borazcan, Kazerun və digər şəhərlərdə bazarlar fəaliyyətini dayandırarıb, yüz minlərlə mağaza və ticarət obyektlərinin sahibləri tətilə qoşulublar.

Güney Azərbaycan və İran adlanan ölkənin 50-dən çox şəhərində mağaza və ticarət obyektlərinin fəaliyyəti dayandıraraq, ölkə üzrə geniş tətillərə başlaması və bunun yaxın günlərdə daha geniş vüsət alması ehtimalı, hakimiyyəti, o cümlədən Həsən Ruhani hökumətini şoka salıb.

 

 

 

Həmçinin yoxlayın

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …

ABŞ İrana qarşı əməliyyatlarda hansı məqsədlərə nail oldu?

GADTB: Reuters agentliyi analitik hesabatında ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı müharibə ilə …

Bir cavab yazın