Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycanda etiraz “15 milyon insanın həyatı təhlükədədir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına qarşı etiraz müxtəlif formalarda davam edir.

Azərbaycanlı ailələr Urmiya gölünün quruması və hökumətin bərpa işləri ilə bağlı vədləri yetərincə yerinə yetirməməsinə etirazlarını bildirirlər.

Onlar müxtəlif vasitələrlə ictimaiyyətin diqqətini şiddətlənməkdə olan ekoloji fəlakətə cəlb etməyə çalışırlar.

Bu istiqamətdə bir neçə azərbaycanlı ətfar mühit müdafiəçisi olan ailəyenicə plakatlarla Urmiya gölünün qurudulmasına etirazlarını bildiriblər.

Azərbaycanlı ailə Urmiya şəhərinin müxtəlif yerlərində və Urmiya gölünün qurumuş yatağında “Bəndlər gərək açılsın, Urmu gölü dirilsin”, “15 milyon insanın həyatı təhlükədədir” yazılmış plakat və baner açaraq gölün durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …