Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanda tanınmış azərbaycanlı aşıq Çingiz Biriya vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsindən olan Aşıq Çingiz Biriya vəfat edib.

Ustad sənətkarın dünən mayın 27-də koronavirus xəstəliyi üzündən Təbrizdə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, aşıq Çingiz Biriya 1960-cı ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb.

Çingiz Biriya Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən aşıqlıq sənətinin incəliklərini öyrənib.

Azərbaycanlı sənətçi dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya və Kanadaya dəvət edilib.

O həmçinin Azərbaycan Respublikasında çoxsaylı səfərlərdə olub və müxtəlif tədbirlərdə çıxış edib.

İran adlanan yerdə  Aşıqlar Birliyinin qurucularından biri olan görkəmli sənətkar 30-a yaxın şagird yetişdirib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …