Şənbə , Noyabr 14 2026
azfa

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar edilib.

Məlumata görə, Sulduz bölgəsindən olan gənc vəkil ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Hadisənin başvermə şəraiti və motivləri ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Pejuman şəhərdən kənarda naməlum şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qərbi Azərbaycan əyalətinin Ədliyyə İdarəsinin rəisi Nəsir Ətəbati cinayəti törədənlərin müəyyən edilərək saxlanılması üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

Mərhum vəkillik təcrübəçisi olub və təxminən üç ay əvvəl təcrübə müddətini başa vuraraq rəsmi vəkillik fəaliyyətinə başlamışdı.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …