GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycann Ərdəbil və Həmədan şəhərlərində bir qrup əlil etiraz aksiyası keçirib.
Irdəbil Əyalətinin Rifah İdarəsinin qarşısına toplaşan əlillər hökumətin onlar barədə nəzərdə tutulan qanunu icra etmədiyinə etiraz ediblər.
Etirazçılar üzərində “əlil zəif deyil, ədalət bərpa edilsin”, “bizim barəmizdə bizdən xəbərsiz qərar verməyin”, “haqqımız olan qanun maddələrinin icrasını tələb edirik” və s. yazılmış plakatlar qaldırıblar.
Onlar məsul şəxslərdən onlarla görüşməyi tələb etsələr də, onların bu istəyinə məhəl qoyulmayıb.
Güney Azərbaycanın Həmədan şəhərində də əlillər oxşar məsələlərlə bağlı etiraz aksiyası keçiriblər.