Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycanın Xiyov bölgəsində türk kurqanı kəşf edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycanın Xiyov (Meşkinşəhr) şəhərində skiflərə aid 3,000 illik kərpicdən tikilmiş kurqan kəşf edilib.

Ərdəbil vilayətinin Mədəniyyət Mirası, Əl İşləri və Turizm idarəsinin baş direktoru jurnalistlərə bu barədə məlumat verib.

Güney Azərbaycanda yenicə kəşf edilən bu kurqanın eramızdan əvvəl birinci minillik və dəmir dövrünə aid olduğu müəyyənləşdiriib.

Kəşf edilən bəzi kurqanlarda cəsəd yoxdur. Şübhəsiz bu məzarlar uzaq bölgələrdə savaşlarda canını itirmiş əsgərlər üçün düzəldilib.

Kərpicdən tikilmiş kurqan məzarlarının düzbucaqlı şəkildə düzəldildiyi qeyd olunur.

Kurqanın skiflərə aid olduğu haqda faktlar əldə edilib. Eləcə də regionda ilk dəfə bu qədər sağlam bir kurqan kəşf edildiyi bildirilib.

Bu qəbirlərin ətrafı daşlarla örtülüb və üstünə 2 metirlik məzar daşı qoyulub.

Bəzi tədqiqatçılar skiflərin türk olduğunu bildirirlər. Dr. Tohid Məlikzadə bu haqda kurqanların qədim türk mədəniyyətinin ən əhəmiyyətli göstəricilərindən biri olduğuna inanır. İran Azərbaycanlı tarix tədqiqatçısı doktor Məlikzadə bu haqda məqalə ilə çıxış edib.

Kurqan Orta Asiya, Qafqaz və Yaxın Şərqdə qədim məzarlıqlara verilən addır.

Kurqan Orta Asiya, Qafqaz və Yaxın Şərqdə qədim məzarlıqlara verilən addır.

“Azərbaycanda kəşf edilən ən əski kurqan eramızdan əvvəlki 4 min il tarixinə dayanır. Əski türklər ölülərini 2 metr dərinlikdə olan qəbirlərdə yerləşdirib dəmir və qızıldan olan silahları, saxsı qablar və s. əşyaları quylardılar, Doktor Məlikzadə yazıb. “Kəşf edilən bəzi kurqanlarda cəsəd yoxdur. Şübhəsiz bu məzarlar uzaq bölgələrdə savaşlarda canını itirmiş əsgərlər üçün düzəldilib.”

Oğuz Xaqannın geniş ərazilər fəth etdikdən sonra bu zəfərlərin şərəfinə bir abidə kimi təpələrin düzəldilməsini əmr edildiyinə inanılır.

Burhan-i Qati kitabında Azərbaycan adında olan Azər sözünün də bu təpələrdən alındığı qeyd edilir. Çünkü türkcə Azər sözü təpə mənasındadır,” tədqiqatçı yazıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın