Gürcü nazir Azərbaycanın Keşikçidağ məbədi ilə bağlı açıqlama verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə ,Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq”.

O, deyib ki, yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək.

D.Zalkaliani qeyd edib ki, məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə daimi əlaqə saxlayır: “Biz Azərbaycan tərəfi ilə komissiyanın yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın