Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Müəllimlər Güney Azərbaycanda və İran adlanan ölkədə etiraz mitinqi keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən müəllimlər Güney Azərbaycanda və İran adlanan ölkədənin 40-a yaxın şəhərində etiraz mitinqi keçirib.

2019-cu ilin may ayının 2-də “Müəllim Günü” münasibətilə keçirilən aksiyalara Tehran, Yəzd, Həmədan, Mazandaran, Rəzəvi Xorasan, Cənubi Xorasan, Kirmanşah, İsfahan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Əlbürz, Gilan və digər əyalətlərindən minlərlə müəllim qatılıb.

Dinc etirazlarda müəllimlər yazılı plakatlar qaldırıb şüarlar səsləndirərək, maaşlarının artırılmasını, bir neçə aydır gecikdirilmiş maaşlarının ödənilməsini, təhsildə ayrı-seçkiliyə son qoyulmasını, təhsilin ana dilində tədris olunmasını, müəllimlərin peşə sığortası ilə bağlı problemlərin aradan qaldırılmasını, həbs edilən həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.

Tehranda isə irqçi fars rejimin mülki geyimli təhlükəsizlik qüvvələri müəllimlərin dinc aksiyasına hücum edərək, bir neçə etirazçını tutub naməlum istiqamətə aparıblar. Həbs edilənlər arasında tanınmış müəllimlərin olduğu bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın