Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstanda yaşayan azərbaycanlılar Tiflisdə etiraz aksiyası keçirəcək.

Aksiya fevralın 5-də, saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında start götürəcək.

Etirazlara səbəb isə Axalkalaki bölgəsində Abxaziya və I Qarabağ Müharibəsində fəal şəkildə iştirak edən Mixail Avaqyana abidə qoyulmasıdır.

Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Seperatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixail Avaqyana abidə ucaldılıb. Bu, Azərbaycan ətərfinin sərt reaksiyasına səbəb olub. Xarici İşlər Nazirliyi Gürcüstana nota göndərsə də, heykəl yerindən götürülməyib.

 

Həmçinin yoxlayın

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı …

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …

Bir cavab yazın