Şənbə , Aprel 20 2024
azfa

Həbib Sasanianın apelyasiya məhkəməsi fevralın 24-ə təxirə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil sakini azərbaycanlı milli mədəni fəal Həbib Sasanianın apelyasiya məhkəməsi fevralın 24-ə təxirə salınıb. Məhkəmə iclası irqçi fars rejiminin Təbrizdə yerləşən apelyasiya məhkəməsində dünən fevral ayının 12-də keçirilməli idi. Hakimlərin birinin gəlməməsi bəhanəsi ilə məhkəmə iclası təxirə salınıb.

Azərbaycanlı milli mədəni fəal Həbib Sasanian məhkəmə tərəfindən qiyabi şəkildə 10 il həbs cəzasına məhkum edilib. Yalan ittihamlarla fəal casusluq, qanunsuz qrup yaratmaq, ölkənin bölünməsi istiqamətində fəaliyyət etmək və daha bir neçə ittihamla qarşılaşıb. Məhkəmədə ittihamlar saxta olduğundan heç bir sübut olmadığı üçün bəzi ittihamlar rədd edilib.

Qeyd edək ki, Sasanian son dəfə yanvarın 28-də keçirilən Apelyasiya Məhkəməsinə gəlməyib. Fəal buna səbəb kimi məhkəmənin müstəqil qərar vermədiyini göstərib. Ona görə də  məmurlar fevralın 5-də Sasanianın ailə üzvləri ilə əlaqə saxlayaraq onlardan H.Sasanianın fevralın 12-dək Apelyasiya Məhkəməsinin 26-cı şöbəsinə gəlməsini istəyiblər. Onlar fəalın gəlmədiyi təqdirdə girov qoyulan mülki vəsssiqənin müsadirə   ediləcəyini bildiriblərrr.

Azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian 2016-cı il may ayının 15-də daha bir neçə fəalla birlikdə Ərdəbildə yaxalanıb. O 15 ay yarım qanunsuz saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb. İrqçi fars rejimi azərbaycanlı fəalları ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı təbliğat fəaliyyəti ilə məşğul olduqlarına görə həbs və işgəncəyə məruz qoyub.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın