Hökumətin silahlı qüvvələrinin pikap avtomobilinin arxasından avtomat atəşi ilə dinc etirazçıları öldürməsi- Video

GADTB: Yayılmış görüntü və videolar müdafiəsiz mülki vətəndaşlara pikap avtomobilinin arxasından avtomat silahlarla atəş açıldığını açıq şəkildə nümayiş etdirir. Bu üsul hökumət silahlı qüvvələrinin repressiv və məsuliyyətsiz mahiyyətini bir daha üzə çıxarır. Sözügedən videolar qeyri-hərbi şəraitdə, küçələrdə və mülki şəxslərə qarşı birbaşa atəşin aparıldığını təsdiqləyən növbəti sənəddir.

Mülki əhaliyə qarşı hərbi silahlardan istifadənin özü dövlət səviyyəsində təşkilatlanmış cinayətin və əsas insan hüquqlarının kobud şəkildə pozulmasının açıq göstəricisidir. Bu cinayətin məsuliyyəti əmri verənlərdən tutmuş, onu icra edənlərədək, hakimiyyətin ən yüksək pillələrində qərar qəbul edən bütün şəxslərin üzərinə düşür.

Bu faktlar bir daha göstərir ki, tətbiq olunan zorakılıq ictimai təhlükəsizliyin qorunması deyil, xalqın iradəsinin güc yolu ilə sındırılması məqsədi daşıyır.

https://t.me/GADTB1/48250

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …