Bazar , Noyabr 29 2026
azfa

Hörmüz boğazı 2008-ci il miqyasındakı böhrana səbəb ola bilər

GADTB: Hörmüz boğazının avqust ayına qədər bağlanması miqyasına görə 2008-ci il böhranı ilə müqayisə edilə bilən iqtisadi tənəzzülə səbəb ola bilər.

Bloomberg” agentliyin məlumatına görə, məhdudiyyətlər qüvvədə qalacağı təqdirdə qlobal neft tələbatı gündə milyonlarla barel azala bilər, “Brent” markalı neftin qiyməti isə bu yay barel üçün 130 dollara qədər arta bilər.

“Bloomberg” qeyd edib ki, boğaz daha uzun müddət bağlı qalacağı halda dünya bazarında neft çatışmazlığı artmaqda davam edəcək.

Qeyd edək ki, BMT daha əvvəl Hörmüz boğazında gəmiçiliyə qoyulan məhdudiyyətlərin qlobal ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi./ Azad İran

Həmçinin yoxlayın

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …