Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən 1600 ticarət gəmisi iki aydan çoxdur sıxlıq səbəbindən hərəkətsiz qalıb.

Məlumata görə, gəmiçilik şirkətləri təhlükəli bölgədən keçid üçün alternativ marşrutlar axtarsa da, böyük logistika və maliyyə riskləri ilə üzləşirlər.

CNN yazır ki, ABŞ-nin bölgədə təhlükəsiz keçid yaratmaq cəhdlərinə baxmayaraq, nəticələr məhdud olub və indiyədək yalnız iki gəmi nəzarət altında olan marşrutu uğurla keçə bilib.

Kanalın məlumatına görə, hazırkı şəraitdə tranzit əməliyyatları həm yükün dəyərini, həm də ekipajların təhlükəsizliyini ciddi risk altına saldığı üçün bir çox daşıyıcı şirkət keçidi təkbaşına həyata keçirməkdən imtina edir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …