Cümə axşamı , Sentyabr 17 2026
azfa

Hüseyn Amani-Nadarlinin vəziyyəti ilə bağlı məhkəmə orqanları heç bir məlumat vermir

GADTB: Bir neçə gün öncə Şəbəstər şəhərində işlədiyi yerdə molla rejimin qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli fəal Hüseyn Amani-Nadarlinin ailəsi onun vəziyyəti və saxlanma yeri barədə hələ də heç bir məlumat əldə edə bilmədiklərini bildirir.

Ailənin sözlərinə görə, son günlər ərzində Təbriz və Şəbəstər prokurorluqlarına dəfələrlə müraciət edilsə də, nə saxlanma yeri, nə də həbsin səbəbi barədə hər hansı məlumat verilməyib. Məsul şəxslər ailənin sorğularına cavab olaraq “məlumatımız yoxdur” deməklə kifayətlənib və izahat təqdim etməkdən imtina ediblər.

Bu xəbərin yayıldığı ana qədər rəsmi qurumlar tərəfindən həbslə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Hüseyn Amani-Nadarli bundan əvvəl, 12 mehr 1404 tarixində təhlükəsizlik orqanları ilə əlaqələndirilən gizli nömrədən telefon zəngi və SMS vasitəsilə Şəbəstər polis idarəsinə çağırılmışdı. O, bu çağırışla bağlı aldığı mesaj və zəngin görüntüsünü paylaşaraq, “işin araşdırılması və sənədlərin tamamlanması” üçün çağırıldığını bildirmişdi.

Amani-Nadarli son illərdə dəfələrlə həbs, istintaqa çağırılma və məhkumluq yaşamış fəallardandır. O, sonuncu dəfə 16 tir 1403 tarixində Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çıxmışdı. Daha əvvəl isə 28 ordibeheşt 1402 tarixində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və bir aylıq həbsdən sonra məhkəmə prosesinin sonunadək girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …