II Qarabağ müharibəsindən sonra İran mühaibədə ölən ermənilərin adını əbədiləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi II Qarabağ müharibəsindən sonra mühaibədə ölən ermənilərin adını şəhid adı ilə küçələrə verməklə əbədiləşdirir.

Artıq Tehran, İsfahan və s. şəhərlərdə küşələrə erməni adı verməkdə yeni proses başlanıb.

İsfahanda bir küçəni erməni şəhidləri küçəsi adlandırandan sonra Tehranda bir küçə Andranik Mkrtçyan adına adlandırılıb.

Andranik Mkrtçyan adlı erməni döyüşçünün İran İslam İnqilabının gedişi zamanı 1979-cu il oktyabrın 1-də Əhvaz şəhərində öldürüldüyü iddia edilir. Onun Şah rejiminə silahlı müqavimət göstərən zaman öldürüldüyü hesab olunur.

Küçəyə onun adı verilməsi ilə bağlı tədbirə Tehran meri Piruz Xanaçı, deputatlar və erməni icmasının nümayəndələri qatılıblar.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …