Cümə axşamı , Aprel 25 2024
azfa

İlisuda (Sarıbaş, Ağçay, Qaşqaçay) işlədilən bəzi qədim türk sözləri

GADTB: Quzey Azərbaycanın Qax rayonunun İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay kəndləri özünəməxsus şivəyə malikdirlər. Şərti olaraq İlisu şivəsi kimi adalanan şivə şimal qrupu dialekt və şivələrinə aiddir.(Şəki dialekti, Zaqatala-Qax şivəsi). Baxmayaraq ki,bu bölgənin ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır, ancaq digər türk dil qruplarına məxsus, daha qədim tarixə malik qədim türk yazılı abidələrinə (V-XI əsrlər) aid olan əski türk yazılı abidələrində işlədilənyüzlərcə sözlər İlisu bölgəsində işlənməkdədir. Bundan başqa XI əsrdə, Qaraxanlılar dövləti zamanında yaşayıb yaratmışMahmud Kaşğarinin “Divanu Luğat-it-turk” kitabında da bölgəmiz üçün xarakterik olan yetərincə çoxlu sözlər mövcuddur. Mənbələrdən əsasən sırf bizim bölgə üçün xarakterik olan, Azərbaycanın digər ərazilərindəaz və ya heç işlədilməyən sözləri toplayıb oxuculara çatdırmaq istəmişik.. Aşağıdakı sözlər İlisu bölgəsində ya mənbələrdə göstərilən mənada işlədilir, ya da qismən dəyişilmiş formaya düşmüşdür.

ABA – ana

ADINA – cümə günü. Bizdə cümə axşamı.

AĞU – zəhər.

ANUK – hazır

AĞLAX– gen, boş

BAĞIR – ciyər, qarın, sinə, ürək

BART – BURT (PART-PURT) ¬- qəfıl hər yandan yaxalamaq

BÖG – hörümçək növü.

BUÇĞAK – bucaq

ÇİBİN – milçək, ağcaqanad

ÇIĞ – bitki adı, 30 sm bərabər ölçü vahidi. İlisuda ağacdan qopan 30 sm qırıntıya deyilir.

ÇOLAK – şikəst

ÇAK– ÇUK – odun, cəviz kimi şeylərin qırılması zamanı çıxan səs

ÇAL – vurmaq, məğlub etmək

ÇUR – ÇUR (ŞAR-ŞAR) – sağnaq yağış zamanı çıxan səs; axan mayenin çıxardığı səs

ÇART – ÇURT – hər şeyin ufağı, qırmtısı-töküntüsü.

ÇIK – onu incidən və qorxudan adama qarşı çıxa bilməyən şəxsin söylədiyi bir qorxutma sözü

ÇING (çing ) – zəng və ləyən kimi şeylərin verdiyi səs

ÇINQRAK – gur və qüsursuz səs

ÇUR – mənfəət

ERKƏÇ – keçinin erkəyi, təkə

ƏGÜRGƏN (ƏBİRĞƏN) – dənələri olan bir bitki. İlisuda uşaqlar üçün söylənilən oyunda işlədilir.

ƏSİRGƏ – acımaq, təəssüf etmək

IÇTONLAN (İŞTAN)– alt paltan, iç donu geymək

İNİ– yaşca kiçik qardaş, arvadm kiçik qaynı

İŞIT– eşitmək

KARTADAM – bədxasiyyət adam.

KART – yara

KAVUK (QAVUT)– kəpək, buğda,dan kəpəyi.

KIĞ – qoyun, keçi və ya dəvə peyini

KIĞLAT– təzəklə, qığla, peyinlə, gübrələmək

KÖKƏGÜN (gogahın)– göy milçək

KULUN (Qulin)– day, dayça

LAKAN – parç kimi içi oyulmuş bir şeydir, onunla ayran, süd və sair içilir.

LƏNBƏ – kök

MAH,MA – «al, aha» mənasmda bir şey verildiyi zaman söylənən söz.

MAYMUL (MAĞMUL) – əhilləşməmiş vəhşi heyvan. İlisuda sakit təbiətli adama deyilir.

MEN – mən, men, şəxsiyyət, mənlik

MUŞ – pişik. (Muşun dağı). Sarıbaş ərazisində olan dağ adı.

NARU (NARA) – hara, haraya

NE – nə, hansı, necə

OĞLAĞU (AĞLAĞ)– incə, zərif, yumşaq, xoşagəlimli. İlisuda paltarın daha boş, böyük olması mənasında işlədilir.

ÖPGƏ – ciyər, ağ ciyər

ÖRGÜÇ – saç hörgüsü, hörük, hörülmüş saç

ÖZ– ürək və qarm içindəki nəsnə.

SA – «sən» mənasına gələn bir söz

SÜLƏ – qoşun çəkmək

TAP – əzilmiş

UR (UR-A) – vurmaq, döymək; qoymaq; taxmaq

UÇA – omba sümüyü

ÜGRÜK– uşaq beşiyini yırğalama

VA – vay mənasında bir sözdür, əmr edən adamm əmrini saya salmamağı bildirir.

YALAVAÇ – səfir, elçi

YALIMAN– dağınıq, qarışıq

YALINDAK, YALINĞ – çılpaq; qmdan çıxmış və ya çıxarılmış

YANQLUK– yol verilən yanlışlıq. Yənqilit formasında işlədilir. Əyiri, yana.

YAVA – isti, tənha. Bütün günü boş-boşuna tənha gəzən adama deyilir.

YAVUĞ – selin yuxarıdan yuvarladığı qaya parçası. İlisuda “Yavux” formasında işlədilir.

YILAN – ilan.

YİGNƏ – iynə

YORT – dörd nala çapmaq; bir işə başlamaq üzrə yürümək

İstifadə olunmuş ədəbiyyat:

  • Mamhmud Kaşğari. Divanü lüğat-it-Türk. Dörd cilddə. IV cild, Bakı, “Ozan”, 2006, 512 səh.
  • Nizami Xudiyev.Qədim türk yazılı abidələrinin dili. Bakı, “Elm və təh sil”, 2015, 596 səh.
  • Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988,265 s

Namik Man-taş.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın