Şənbə , Aprel 20 2024
azfa

İqtisadiyyatı çökmüş irqçi fars rejim 5 milyard dollar kredit dilənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dağıdıcı siyasət və sanksiyalar üzündən ağır iqtisadi böhranla qarşılaşan irqçi fars rejimin təqribən 4.7 milyard dollar büdcə kəsri yaranıb. Ona görə də təcili 5 milyard dollar kredit götürməyə məcburdur.

Bu məqsədlə bu gün rejiminEnerji naziri Rza Ərdəkaniyanın Moskvaya səfər edərək, bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Ərdəkaniyan özü ötən gün keçirilən hökumət kabinetinin iclasında 5 milyard dollarlıq kreditin alınmasına İran Milli Məclisi tərəfindən razılıq verildiyini, pulun 1-2 milyard dollarının Hörmüzqanda 1400 megavatlıq elektrik stansiyasının tikintisinə, 1 miyardının isə İncəburun- Gərmsar dəmir yolunun elektrik dirəklərinin basdırılması və xəttlərinin çəkilməsinə sərf ediləcəyini iddia edib.

Ərdəkaniyan deyib: “Mən Rusiya ilə Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının sədri kimi bu ölkənin İrana ayırdığı dövlət krediti üzrə zəruri prosesləri həyata keçirmək üçün müxtəlif orqanların nümayəndələrindən ibarət heyətlə sabah Moskvaya yola düşəcəm”.

Rza Ərdəkaniyan qalan məbləğin 2 min metro vaqonunun alınması, Zahidan- Bircənd dəmir yolu xəttinin tamamması, Gotvənd Su Elektrik Stansiyasının gücünün 1000-dən 1640 megavata çatdırılması və 180 megavatlıq Əhvazın Ramin elektrik paylayıcı şəbəkəsinin yenidən qurulmasına sərf ediləcəyini iddia edib.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın