Bazar ertəsi , Fevral 9 2026
azfa

İrəvanda türk əmirin türbəsi tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanın ətrafında XV əsrə aid türk əmirinin türbəsi aşkar edilib. Türbə Qaraqoyunlu sülaləsinin nümayəndəsi Əmir Səidin oğlu əmir Ziyafət Hüseynə məxsusdur.

Türbənin üzərində ərəb əlifbası ilə əmirin adı yazılıb. Türbə miladi 1413-cü ildə inşa edilib.

Ermənilər yenə də öz qondarma iddialarını davam etdirərək bildirirlər ki, türbənin inşasında erməni hərfləri şəkilində olan daşlardan istifadə olunub. Lakin bu türbə İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu bir daha sübut edir.

Qeyd edək ki, İrəvan şəhəri 1918-ci ildə ermənilərə paytaxt olaraq verilib. Azərbaycan Xalq Cumhuriyyəti o dövrün siyasi şərtlərinə görə buna qarşı çıxa bilməyiblər.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın