İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz edən nümayişçilər mərkəzi küçələri bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib.

Bu gün səhər “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə eitazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb. Baqramyan və Maştos prospektləri, eləcə də Abovyan, Moskovyan, Saryan küçələri bağlanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.

Paşinyan narahatlığa görə paytaxt sakinlərindən üzr istəyərək bildirib ki, siyasi aksiya keçirilir: “Biz bu cür kiçik narahatlıqla Serj Sarkisyan adlı daha böyük narahatlığın qarşısını almaq istəyirik”.

“Lragir.am” saytının məlumatına əsasən Geratsi və Koryun küçələrinin kəsişməsində “Mercedes” və “Hammer” avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələrə hücum ediblər. Onlar iştirakçıları döyərək təhqir ediblər.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın