Cümə , Sentyabr 22 2023
azfa

İran adlanan ölkə Əbdulqadir Marağayını İran musiqiçisi kimi qələmə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə Azərbaycan musuqisinin banilərindən olan Əbdulqadir Marağayını İran musiqiçisi və sənətkarı kimi qələmə verib. Rejim bu istiqamətdə Əbdulqadir Marağayının ana yurdu Azərbaycanın qədim şəhəri Marağada I Abdulqadir Marağayı Musuqi Festivalı keçirməyə başlamışdır.

Festivalın 5 – ənənəvi İran musiqisi, ənənəvi Azərbaycan musiqisi, dünya klasik musiqisi, aşıq musiqisi və pop musiqisi bölmələrindən keçiriləcək. Festival 12-13 aprel 2018-ci ildə keçiriləcək.

İran rejimi məqsədli şəkildə Azərbaycan həqiqətlərini təhrif etməklə Əbdulqadir Marağayını İran musiqisinin nəzəriyyəçisi, İran musiqisini təsnif edən iranlı sənətkar və İran musiqisinin ulduzu kimi təqdim edilib.

Qeyd edək ki, Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.

Həmçinin yoxlayın

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində …

Molla rejimi etirazlarda öldürdüyü azərbaycanlı gəncin ailəsinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Güney Azərbaycanın Qəzvin şəhərindən …

Bir cavab yazın