Cümə , İyun 12 2026
azfa

İran adlanan ölkə ABŞ-i tətbiq edəcəyi sanksiyalara görə hədələyir

GADTB-nin Mətbuat Mərkəinə daxil olan məlumata görə, yanvarın 13-də ABŞ Prezidenti İran adlanan ölkəyə qarşı iqtisadi sanksiyaların bərpa edilməsi haqqında qərar verəcək. İran adlanan ölkənin XİN isə hədələyib ki, İran ABŞ-ın bu addımını cavabsız qoymayacaq.

Bu barədə İran adlanan ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasemi bu gün keçirdiyi həftəlik mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, 2015-ci ildə ABŞ da daxil olmaqla İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında razılaşma əldə edilib və hərtərəfli birgə fəaliyyət planı təsdiqlənib. Beynəlxalq hüquqa əsaslanaraq imzalanan müqaviləni heç bir tərəfin pozmaq ixtiyarı yoxdur.

B.Qasemi qeyd edib ki, İranın cavabının sərtliyi yanvarın 13-də Vaşinqtonda qəbul ediləcək qərardan asılı olacaq. İran bütün variantlara hazırdır və sanksiyalar bərpa edilsə sərt cavab veriləcək. Hələlik isə İran hadisələri qabaqlamaq istəmir.

Nazirliyin nümayəndəsi onu da nəzərə çatdırıb ki, bu həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin dəvəti ilə Brüsselə səfər edəcək. O, F.Moqerini ilə yanaşı, Britaniya və Fransanın xarici işlər nazirləri ilə də görüşəcək. Görüşdə hərtərəfli birgə fəaliyyət planı və ABŞ-ın mövqeyi müzakirə ediləcək.

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Bir cavab yazın