Çərşənbə axşamı , May 26 2026
azfa

İran adlanan ölkənin nüvə proqramının taleyinin bilindiyi vaxt açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp İran adlanan ölkə ilə nüvə razılaşmasından may ayında çıxmayacaq.

Bununla bağlı “RİA Novosti” agentliyinə müsahibəsində ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin keçmiş rəhbəri Ceyk Sallivan deyib.

“Məncə, Tramp bu razılaşmadan çıxma müddətini bir qədər uzadacaq. ABŞ, Fransa, Britaniya və Almaniya arasında bu istiqamətdə danışıqlar maydan sonra da davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ mayın 12-də İranın nüvə razılaşması ilə bağlı mövqeyini bəyan edəcəyini bildirib. Rəsmi Vaşinqton mövqeyini Britaniya, Fransa və Almaniya ilə apardığı danışıqlardan sonra açacağını söyləyib.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …

Bir cavab yazın