Şənbə , Oktyabr 24 2026
azfa

irqçi fars rejiminin yaxaladığı Səid Minai zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin  prezidenti Həsən Ruhaninin Təbrizə səfərindən bir gün əvvəl saxlanılan azərbaycanlı milli-mədəni fəal Səid Minai aprel ayının 24-də mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Binab şəhərindən olan aərbaycanlı fəal aprelin 23-dən 24-nə keçən gecə irqçi ars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanaraq, naməlum istiqamətə aparılmışdır. Fəal yaxalanarkən mobil telefonunu məmurlar tərəfindən götürülmüşdür..

Qeyd edək ki, azərbaycanlı fəalın Urmiya gölü böhranı ilə bağlı etiraz aksiyasına çağırış etməsi ilə əlaqədar saxlandığı ehtimal olunur. Həsən Ruhaniyə etiraz olaraq nəzərdə tutulan aksiyaya çağırış, Teleqram kanallarında geniş yayılmışdır. Çağırış mətnində “Urmiya gölü ölməsin – Duz çölünə dönməsin” şüarı da qeyd olunub.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın