Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İran adlanan ölkədə rejim əleyhinə etirazlar genişlənir

İran adlanan ölkədə rejim əleyhinə etirazlar dünən gecə də kəskin şəkildə davam edib. Dünən gecə Tehran, Kermanşah, Sənəndəc, Qəhdərican, Şadiqan, İlam, Lahican, Kərəc, Şahinşəhr, Məscid Süleyman, Nurabad Məməssəni, Tuyserkan, Nəhavənd, Bəndərabbas, Həmədan, Qorqan Şalikubi, Şiraz və s. şəhərlərdə davam edib. Qəhdəricanda 7 nədər, Tuyserkanda 3 nəfərin öldüyü xəbəri verilir.

Rejimə qarşı aksiyaçılar bəzi şəhərlərdə polis bölmələri və polis maşınlarını yandırıblar, bəzi idarələrin binaları yandırılıb. Kermanşahda polis kaneksi yandırıldı. Kərəcdə Ədliyyə binası yandırılıb. Qəhdəricanda bəsic bölməsi dağıdılaraq, yandırılıb. Şahinşəhrdə Millət Bankı yandırılıb.

Rejimə qarşı aksiya iştirakçıları rədd olsun diktator, rədd olsun Xameneyi və anti-dövlət şüarları səsləndiriblər.

Bəzi məlumatlara görə, aksiyalarda həlak olanların ümumi sayı 18 nəfərə yüksəlib. Həmçinin 300 nəfərin xəsarət aldığı, 700-dən çox adamın həbs edildiyi qeyd edilir.

Dünən irqçi fars rejimi Güney Azərbaycanı hərbi poliqona çevirib. Təbriz, Urmiya, Zəncan, Mərənd və başqa şəhərlərə ordu və xüsusi qvardiya yeridilib. Bütün küçələrə addımbaşı məmur düzərək etirazlara mane olmağa çalışıblar. Şəhərlərin hərbi poliqana çevrilməsi ilə əlaqədər geniş etirazların keçirilməsinə imkan verilməyib. Təbriz və Ərdəbildə məhdud etiraz aksiyaları baş tutub.

 

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın