İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ləngidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ləngidir. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bəyan edib.

O deyib ki, Tehran və agentlik arasında əməkdaşlıq istənilən səviyyədə və sürətlə inkişaf etmir.

Qrossi nüvə sazişini imzalayan ölkələr arasında danışıqların dayandırıldığını, İranın nüvə proqramı ilə bağlı digər danışıqlar proseslərinin, o cümlədən İran və ABŞ arasında ikitərəfli təmaslar haqqında məlumatlı olduğunu deyib.

O, İran və Amerika arasında istənilən gərginliyin azaldılmasını alqışlasa da əlavə edib ki, bu iki ölkə arasında istənilən mümkün siyasi razılaşma agentlik tərəfindən texniki cəhətdən yoxlanılmalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru da İranın zənginləşdirilmiş uran ehtiyatlarının hələ də artmaqda davam etdiyini bir daha vurğulayıb. Digər tərəfdən isə İran nüvə mərkəzlərinin agentlik tərəfindən izlənməsinə maneə yaradır.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …