İran Ermənistanda Azərbaycana qarşı Nizami Gəncəvi konfransı keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan həqiqətlərini təhrif etməklə Nizami Gəncəvini fars şairi kimi qələmə verən İran Ermənistanın paytaxtı İrəvan şəhərində martın 14-də Azərbaycana qarşı “Aran və Şirvanda Nizami Gəncəvi və farsca danışıq” mövzusunda konfrans keçirilib.

İran rejimi İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası ilə Azərbaycana qarşı keçirdiyi konfransda Azərbaycan həqiqətlərini təhrif edərək Azərbaycan şairi Nizami Gəncəvini İran şairi kimi təqdim edərək, Nizami Gəncəvinin anım həftəsi münasibəti ilə ermənilərlə həmin konfrans keçirib.

İran rejimi həmin konfransa Nizami Gəncəvi barədə həqiqətləri təhrif etməklə yanaşı Azərbaycanı da Aran kimi təqdim edib, eyni zamanda Azərbaycanda danışılan dili də fars dili kimi təqdim edərək Azərbaycanla bağlı həqiqətləri təhrif edib.

Qeyd edək ki, İran və Ermənistan Azərbaycanın bir çox mədəni irsini oğurlayıb erməni və fars mədəniyyəti və mədəni irsi kimi təqdim edirlər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …