Cümə axşamı , Dekabr 26 2024
azfa

İran hökuməti azərbaycanlı zəvvarlar arasında təbliğat aparır

GADTB: SEPAH-a bağlı “Tasnim News” saytı qərəzli yazı dərc edib: “Azərbaycan şiələri müqəddəs ziyarətgahları ziyarət etmək üçün ölkəmizin hüdudlarından keçməli olurlar. Bu isə onlara (İranda) təbliğat və mədəni fəaliyyətlər aparılması üçün əlverişli fürsət sayılır. Bəzi ölkələrin zəvvarları, o cümlədən Azərbaycan şiələri Kərbəla ziyarətinə səfər zamanı çoxsaylı çətinliklər və problemlərə üzləşirlər”.

Sayt yazıb ki, İranın Biləsuvar şəhər İslam Təbliğatı Təşkilatının rəhbəri Məhəmmədcavad Qurbaninin sözlərinə görə, təbliğat məqsədilə müxtlif ölkələrdən olan zəvvarlar, xüsusilə də azərbaycanlılar üçün Biləsuvar sərhədində qida və istirahət imkanları yaradılır. Zəvvarlar həmin vaxt orada dincələ bilərlər, eyni zamanda onlara “mədəniyyət paketləri” adlı bağlamalar da verilir.

Qurbani bildirib ki, əzadarlıq mərasimlərində azərbaycanlı zəvvarlar üçün iranlı məddahlar, habelə azərbaycanlı məddahların da çıxışı üçün şərait yaradılır./Azad İran

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …