Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türkiyədə Azərbaycan türkcəsi kursları açılacaq

GADTB: Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan türkcəsi kurslarının açılması planlaşdırılır.

Bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib.

Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.

ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan türkcəsi ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.

Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.

Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.

Həmçinin yoxlayın

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …