Cümə , Noyabr 20 2026
azfa

İran kanallarının Azərbaycanda qanunsuz yayımının qarşısı alınacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran kanallarının Azərbaycanda qanunsuz yayımlanması ilə bağlı deyib ki, İran kanallarının Azərbaycan Respublikasının cənub zonasında Azərbaycan milli kanallarının tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox, tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır.

R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:

“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunun real effektini görəcəyik”.

Həmçinin yoxlayın

İraq hökuməti Cərf əs-Səxrin təhlükəsizlik nəzarətini İrana bağlı terrorçu Kətaib Hizbullah qruplaşmasından alır

GADTB: İraq hökuməti Babil vilayətinin Cərf əs-Səxr bölgəsində təhlükəsizlik strukturunun yenidən təşkili çərçivəsində yeni təhlükəsizlik …

ABŞ və üç Avropa ölkəsi MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə qayıtmasını tələb edib

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya MAQATE-nin Rəhbərlər Şurasının iclasında yaydıqları birgə bəyanatda İran …