Çərşənbə axşamı , İyun 9 2026
azfa

İran mediası Azərbaycan strateji hədəf kimi göstərdi

GADTB: Dünən İranın “Fars News” agentliyi və ona yaxın bir sıra media qurumları sosial şəbəkələrdə Azərbaycana qarşı açıq hərbi təhdid xarakterli paylaşımlar edib.

Agentliyin “X” hesabında Bakı-Tblisi-Ceyhan boru kəməri təsviri yayımlanaraq, ABŞ-nin İrana mümkün hücumu halında bu strateji enerji xəttinin hədəfə alına biləcəyi iddia olunub. Bu cür açıqlamalar Azərbaycanın həyati əhəmiyyətli infrastrukturuna yönəlmiş birbaşa təhdid kimi qiymətləndirilir.

Qeyd edək ki, son bir ay ərzində Fars News və əlaqəli platformalarda Azərbaycana qarşı bir neçə dəfə oxşar məzmunlu hərbi təhdidlər səsləndirilib./ Azad İran

Həmçinin yoxlayın

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar …

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və …