Şənbə , Sentyabr 19 2026
azfa

İran millət vəkili: “Biz mümkün qədər tez nüvə silahı əldə etməliyik”

GADTB: İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Iran Watch”a müsahibəsində bildirib ki, tətik mexanizminin işə düşməsi İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə razılaşmalarının faktiki ləğvi deməkdir və “bundan sonra Agentlik ilə əməkdaşlığımız sıfıra bərabər olacaq”.

O, daha da irəli gedərək vurğulayıb: “Biz mümkün qədər tez nüvə silahı əldə etməliyik.” Deputatın sözlərinə görə, bəzi nümayəndələr yaxın günlərdə Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaqla bağlı plan təklif edə bilərlər və bu təklif parlamentdə səs çoxluğu ilə qəbul oluna bilər.

Bəxşayeş, habelə, ölkənin hərbi qüvvələrinin son günlərdə termal yanacaqla işləyən qitələrarası raketi sınaqdan keçirdiyini iddia edib və bunu İranın müdafiə gücünün və raket hakimiyyətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib./ Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …