Cümə , Oktyabr 16 2026
azfa

Təbrizdə keçirilən Şəhriyar Qurultayından türk dilinə baykot

GADTAB: Ustad Şəhriyarın Anım Konqresi və ya ustad Şəhriyarın 120-ci ildönümünü Anma Konqresinin açılış mərasimi 2 gün ərzində Təbrizdə keçirildi, eyni zamanda Şərqi Azərbaycan vilayətinin mədəniyyət və media əhli tərəfindən ciddi tənqid olundu.

Təbriz mətbuatında qaldırılan məsələlərlə yanaşı, bu qurultayla bağlı mühüm məqam türk dilinin baykot edilməsi idi. Halbuki, Şəhriyar ədəbi şah əsərini türk dilində yazıb, yaradıb.

Şəhriyar Azərbaycan və Təbriz şairidir. Ana dili türk olan və qonaqlarını türkcə qarşılamağı xoşlayan azərbaycanlı idi.

Qarşılama banerinin fars, ərəb, ingilis dillərində tərtib edilməsi və Azərbaycanla Türkiyədən qonaqların olmasına baxmayaraq türk dilinin baykot edilməsi həm onlara, həm də Şəhriyarın ana dilinə, eləcə də Heydərbabanın dilinə hörmətsizlikdir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …