Çərşənbə , İyun 10 2026
azfa

“İran” qəzeti Azərbaycan həqiqətlərini qərəzli şəkildə təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyini yayan “İran” qəzeti azərbaycanlı tar ustadı Ramçiz Quliyevlə tar barədə müsahibəni qərəzli və anti-turk formada dərc edib.

Qəzet Azərbaycanın tarının YUNESKO-da qeydiyyata alınması məsələsini düzgün olmayan addım kimi qiymətləndirərək, Azərbaycan musiqisini sual altına aparıb. “İram” qəzeti həmçinin jurnalistlik mədəniyyətini də pozaraq qərəzli şəkildə Ramiz Quliyevin sözlərini öz müsahibəsində əsassız kimi qələmə verib.

Qəzet həmçinin tarın YUNESKO-da Azərbaycan adına qeydiyyatdan keçməsinə və dünya tərəfindən tanınmasına baxmayaraq tarı həmin müsahibədə İran musiqi aləti kimi təqdim edir. “İran” qəzeti sonda İran dövlətini də səhlənkarlıqda günahlandırıb və qeyd edib ki, İran dövlətinin səhlənkarlığı nəticəsində Azərbaycan Respublikası tarı Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirib.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın