İran rejimi azərbaycanlı fəal Höccət İsmətzadəni həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmuları Güney Azərbaycannın Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Höccət İsmətzadəni noyabrın 24-də ETTELAAT Idarəsinə çağıraraq, orada həbs ediblər.

Rejimin Sulduzdakı ETTELAAT idarəsindən telefonla dəfələrlə çağırıldıqdan sonra səhər saat 11-də tutulub və hələlik harada saxlanması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Höccət İsmətzadə daha öncə də mədəni fəaliyyətinə görə dəfələrlə çağırılaraq dindirilmişdi. Azərbaycanlı fəal bu il sentyabrın 4-də Sulduzun Saxsıtəpə kəndində baş verən hadisələrə görə rejimin məmurları tərəfindən tutulub, sentyabrın 5-də axşam saatlarında müvəqqəti zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …