Şənbə , İyun 13 2026
azfa

İran rejimi azərbaycanlı fəal Məqsud Əlizadeqanı ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları oktyabrın 28-də Ərdəbil şəhərindən olan azərbaycanlı milli fəal Məqsud Əlizadeqanı zəng edərək ETTELAAT İdarəsinə çağırıblar.

Azərbaycanlı fəal ETTELAAT İdarəsində bir neçə saatlığına dindirilərək hədələnib. Bir neçə saat təzyiq və təhdiddən sonra fəalın sərbəst buraxıldığı bildirilir.

3 saatdan çox çəkən dindirmə zamanı rejimin ETTELAAT məmurları Məqsud Əlizadeqana təzyiq göstərib, onu fəaliyyətlərinə davam etdirəcəyi təqdirdə həbs edəcəklərini bildiriblər.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycanlı fəalları təzyiq və təhdidlə milli-mədəni fəaliyyətlərindən çəkindirməyə çalışır.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …