Şənbə , Noyabr 26 2022
azfa

İran rejimi azərbaycanlı vəkil barədə həbs qərarını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsi Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və onun vəkil əməkdaşları Mustafa Nili, Mehdi Mahmudian, Məryəm Əfrəfraz və Arəş Keyxosrəvi barədə ilkin məhkəmənin çıxardığı qərarı təsdiqləyib.

Vəkillər 10 ildən çox həbs cəzasına məhkum edilməklə yanaşı onları ictimai və peşə fəaliyyətləri də məhdudlaşdırılıb.

Vəkillərdən Mustafa Nili, Mehdi Mahmudiyan və Arəş Keyxosrəvi “təhlükəsizliyi pozmaq məqsədi ilə hökumətə qarşı qrup yaratmaq və sistem əleyhinə təbliğat” ittihamı, Məjəmmədrza Fəqihi və Məryəm Əfrəfraz isə “hökumətə müxalif qruplara üzv olmaq” ittihamı ilə mühakimə olunmuşdular.

Qeyd edək ki, 2021-ci il avqustun 14-də Güney Azərbaycandan olan vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunumuşdular.

Əhalinin sağlığı üçün çalışdıqlarına görə yaxalanan vəkillər iki həftə rejimin ETTELAAT İdarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti zaminə buraxılmışdılar.

Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.

Azərbaycanlı vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.

İranda azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən azərbaycanlı siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə etmişdir.

Həmçinin yoxlayın

Ermənistan rəsmisi anti-Azərbaycan mövqeyinə görə İrana təşəkkür edib

GADTB: “Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, …

Molla rejimi ağsaqqal azərbaycanlı fəal Pərviz Siyabini ağır cinayətlər törətmiş məhbusların bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildən olan tanınmış hüquqşünas, azərbaycanlı …