Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi azərbaycanlı alimi edam etmək üçün Rəcaişəhr zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi azərbaycanlı alim Əhmədrza Cəlalini edam etmək üçün Rəcaişəhr zindanına köçürüb. Cəlalinin ailəsi bu barədə məlumat yayıb.

Əhmədrza Cəlalinin anası, həyat yoldaşı və vəkili, çərşənbə axşamı dekabrın 1-də bildiriblər ki, alim ölüm hökmünün icrası üçün Kərəcdəkı Rəcaişahr zindanına aparılıb.

Qeyd edək ki, İsveç vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlali Evin zindanında saxlanılırdı. O çərşənbə axşamı ailəsi ilə telefon əlaqəsində ölüm hökmünün icra olunması üçün hazırlaşıldığını demişdi.

Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrannia telefon əlaqəsi barədə mətbuata danışarkən ərinin “bu zəng son söhbətimiz ola bilər” dediyini söyləmişdi.

Cəlalinin vəkili Hilalə Musavian müvəkkilinin edam olunma ehtimalından narahat olduğunu və insan haqları təşkilatları, eləcə də İsveç hökumətinin edamın qarşısını almağa çalışacaqlarına ümid etdiyini bildirmişdi.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub. O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın