Şənbə , İyun 20 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Səid Sultanini iki il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səid Sultanini iki il həbs cəzasına məhkum edib.

Güney Azərbaycanın Culfa şəhər sakini olan fəallara qarşı həbs qərarı rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3- cü şöbəsinin hakimi Fəthnejad tərəfindən çıxarılıb.

Hökm şifahi şəkildə Babək Sultaninin vəkili Əsğər Məhəmmədiyə bildirilib. Onun təcridxanada keçirdiyi günlər də həbs müddəti kimi hesablanacaq.

Qeyd edək ki, Səid Sultani ötən il digər milli fəal Babək Kiyumərsi ilə birlikdə Culfa şəhərində iş yerlərində İran rejiminin ETTELAAT qüvvələri tərəfindən tutularaq rejimin Təbrizdəki ETELAAT İdarəsinin zindanına salınmışdılar.

Bir müddət sonra onlar hər biri 500 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Son günlərdə İranın irqçi fares rejimi Pərviz Siyabini 16 il, Ruzbeh Pirini 6 il və Səid Sultani ilə Babək Kiyumərsinin hər birini 2 il həbsə məhkum edib.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …