Çərşənbə axşamı , İyul 28 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Yusif Sələhşuru muhakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi milli-mədəni fəal və sənətçi Yusif Sələhşurun oktyabrın 27-də rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində hakim Rza Füruğinin sədrliyi ilə mühakimə edib.

İran rejimi Yusif Sələhşurü  “Sistemə qarşı təbliğat” və “Səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edib.

Yusif Sələhşurun “Sistemə qarşı təbliğat” ittihamına isə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılıb və hələlik bu ittihamla bağlı qərar çıxarılmayıb.

Qeyd edək ki, Yusif Sələhşur iyulun 25-də rejimin məmurları tərəfindən Təbrizdə yaxalanıb. O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda rejimin Təbrizdəki zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal Təbrizdə etirazlarla bağlı irqçi fars rejimin məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …

Omandan Hörmüz boğazı ilə bağlı təklif; Nəzarət yalnız İranın əlində olmayacaq

 GADTB: Reuters agentliyi çərşənbə axşamı Fars körfəzi bölgəsindəki məlumatlı mənbəyə istinadən xəbər verib ki, Oman …