Cümə axşamı , May 21 2026
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı fəalı rejimin Əhərdəki zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irçi fars rejimin iyulun 9-da Güney Azərbaycanın Vərziğan bölgəsinin Köhnəli kəndində yaxaladığı azərbaycanlı fəal Behnam Zareyi rejimin ETTELAAT İdarəsinin təcridxanasından Əhərdəki zindana köçürülüb.

Azərbaycanlı fəalın yaxınları bildiriblər ki, onlar rejimin Vərziğandakı Ümumi və İnqilab Prokurorluğuna müraciət etdikdən sonra bu barədə məlumat alıblar.

Prokuror fəalın ailəsinə bildirib ki, onun dosyesi ETTELAAT-dadır və hələlkik araşdırmalar davam edir.

Rejimin prokuroru həmçinin Əsgər Məhəmmədinin Behnam Zareinin vəkilliyini üzərinə götürməsinə mane olub və vəkilin onu müdafiə etməsi təklifini rədd edib.

Behnam Zareinin hələ də nədə ittiham olunduğu barədə məlumat verilməyib. Eyni zamnda 3 həftədən çoxdur ki, həbs edilən azərbaycanlı milli fəalın ailəsi ilə görüşünə və telefon əlaqəsinə icazə verilməyib.

Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunmuşdu.

Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edilmişdir.

Azərbaycanlı fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı rejimin məmurları onlara qarşı kobudluq edib və onlar zorla məhkəmə binasından çıxarmışdılar.

Həmçinin yoxlayın

İrana qarşı hərbi əməliyyatlardan sonra Çinlə ticarət ikinci ay ardıcıl kəskin azalıb

GADTB: Çin gömrük statistikasına əsasən, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra …

Sayın Mikayil bəy Oytanın Sidneydə keçirilən 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik …