İran səfiti İranın Xankəndiyə qanunsuz yüklər daşımaqdan əl çəkməyəcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib: “İran Ermənistandan ən qısa müddətdə Gorus bölgəsində son dövrlər Azərbaycan Cümhuriyyəti tərəfindən bağlanan yola alternativ olan yol çəkməsini gözləyir.”

Zühuri Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin “İrandan Ermənistana gedən” yük maşınlarını saxlayaraq “gömrük rüsumu kimi pul aldığını” deyərək, səfirliyin bu “problemi” ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib.

Zühuri daha sonra iddia edib ki, 44 günlük 2-ci Qarabağ savaşından sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, “Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi”.

Hər zaman qatı anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycan Cümhuriyyətinin qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib və “İnşallah bu problemin həll olunması” üçün səylər göstərildiyini deyib.

Qeyd edək ki, Azərbaycan Cümhuriyyəti İranla Ermənistanın ticarət əlaqələrinə müdaxilə etmir. Yalnız İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir. Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də bunun faydası olmamışdı və nəhayət Tehrana bununla bağlı etiraz notası təqdim edilmişdi.

Həmçinin yoxlayın

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …