Çərşənbə , Oktyabr 21 2026
azfa

Yeni təhsil ilinin başlaması münasibətilə Güney Azərbaycanda türkcə kitablar paylançası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni təhsil ili ərəfəsində Güney Azərbaycanın Təbriz, Qaradağ, Kərəc, Xoy, Urmiya və s. şəhərlərində Azərbaycan türkcəsində kitabların paylanması davam edir.

Azərbaycanlı milli-mədəni fəallar İran rejiminin mənəvi soyqırım əməlinə və türk dilində təhsili qadağan etməsinə etiraz olalaraq çox sayda türkcə kitabı azərbaycanlı məktəblilərə paylayıb.

Bu il azərbaycanlı ziyalı və siyasi məhbus Əkbər Azadın türkcə uşaq kitabları çox sayda çap edilərək müxtəlif şəhərlərdə azərbaycanlı məktəblilərə paylanılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …