Çərşənbə axşamı , May 19 2026
azfa

İrana bağlı şəxslərin Azərbaycana qarşı böhtanları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycana qarşı yetişdirdiyi şəxslərin Azərbaycana qarşı böhtanları bitmir.

Salar Seyfəddini adı ilə həmin rejimin əlaltılarından biri  Azərbaycan Ordusunun Qarabağda Ermənistanın saxladığı qanunsuz qüvvələrinin təxribatlarına cavab olaraq başlatdığı anti-terror əməliyyatlarına öz “Tvitter” hesabında münasibət bildirərək yazıb:  “Bu gün və sonrakı günlərdə Qarabağda (Laçın) baş verən toqquşmaların məqsədi Ermənistana “Naxçıvan dəhlizi” adlanan ərazini açmaq üçün təzyiq göstərməkdir. Bu da İranla Ermənistan arasında sərhədin bağlanmasına bərabər ola bilər”.

Zəngəzur dəhlizini qəsdən Naxçıvan dəhlizi adlandıran rejimin əlaltısı guya eyni zamanda ölkədə şiə dindarlara qarşı daxili basqıların yönəldiyi və hücumların vaxtının İranda dini qeyri-rəsmi iş günlərinə təsadüf etdiyi kimi əsassız fikirlər irəli sürüb.

Qeyd edək ki, Azərbaycanın əməliyyatlarından sonra rejimin Araz kənarına qüvvə yeritməsi ilə bağlı videolar da yayılıb.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …