Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İranın Aparat video saytı faşistcəsinə türklərə aid bütün videoları silməyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Yuotube-u əvəz edən Apart saytı, faşistcəsinə türklərlə bağlı bütün videoları səhifəsindən silməyə başlayıb.

Aparat sayt irqçiliklə türk videolarını və ümumiyyətlə türklərin və Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hər şeyi silib. Türk mahnısı “Sarı glin”, türk mahnısı “şəhidlər ölməz, bizim üçun” və “Tomris” tarixi filminin tanıtım videosu son günlər bu saytdan çıxarılan türklərlə bağlı videolar sırasındandır.

Aparat türklərlə bağlı videoları sildiyi halda, fars faşizmini təbliğ edən videolarla doldurulur.

Aparat saytının icraçı müdiri Məhəmməd Cavad Şəkuri Müqəddəm oktyabr ayının əvvəlində bu sosial medianın bir istifadəçisinin videosunu yayımladığı üçün birinci instansiya məhkəməsində 10 il həbs cəzasına məhkum edilb. Bu videoda reportajçı uşaqlardan “necə doğulduğunu bilirsənmi?” soruşurdu. Buna görə, Məhəmməd Cavad Şəkuri Müqəddəm “fahişəliyi təbliq” etməkdə ittiham edilmişdi.

Aparatın türklərlə bağlı videoların silinməsindəki son hərəkəti də İran məhkəmə və təhlükəsizlik işçilərinin təzyiqi altında baş verdiyi güman edilir.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın