Bazar ertəsi , May 25 2026
azfa

İranın Azərbaycana qarşı düşmən münasibəti dünya mətbuatında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, II Qarabağ müharibəsi və Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra İranın Azərbaycana qarşı düşmən münasibətinin açıq müstəviyə keçməsi artıq dünya mətbuatı tərəfindən də əks etdirilir.

Avrasiya məsələlərini işıqlandıran “Eurogiant” beynəlxalq mediası II Qarabağ müharibəsi və Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra İran və Azərbaycan arasında media sahəsində gərginliklə bağlı hesabat yayıb.

Nəşrin yazdığına gorə, II Qarabağ savaşından sonra İran-Azərbaycan əlaqələri yeni gərginlik mərhələsinə daxil olub. Hesabatda qeyd edilir ki, xüsusilə Xameneinin Tehranda Putinlə görüşündən və iranlı diplomat Əbülfəzl Zöhrəvəndin anti-Azərbaycan və Türkiyə çıxışından sonra, indi Azərbaycan mediası qarşılıqlı olaraq açıq şəkildə Güney Azərbaycanın müstəqilliyinin dəstəklənməsinin vacibliyindən danışır.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …