Cümə axşamı , Dekabr 2 2021
azfa

İranın Azərbaycana xəyanətinin sübutları: Tehran Qarabağı necə talan edirdi?

GADTB: Müsəlman ölkəsi olan, İslam adını daşıyan İran tarix boyu əməldə İslama qarşı fəaliyyət göstərib. Bu ölkənin Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verdiyi dəstək, işğaldan sonra dəstəyin davam etdirilməsi gözümüzün önündə bunun əyani sübutudur. Faktlar təsdiq edir ki, İran işğal dövründə Qarabağda Azərbaycanın maddi-mədəni sərvətinin talanmasında, erməni işğalının davamlı olmasında əlindən gələni edib.

Şuşada Yuxarı Gövhərağa məscidinin İran tərəfindən tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir.

Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib.

Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.

“İran mədəniyyətinin nümunəsi olan və Artsaxda (Qarabağ – red.), xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-İran dostluğu dərin köklərə malikdir. Məcsid erməni-İran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”, – Avanesyan bildirirdi.

İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı.

İşğal dövründə Azərbaycan məscidinin İran tərəfindən təmir edilməsinin iki səbəbi var idi.

Birincisi, Azərbaycan abidələrinin farslaşdırılmasıdır. Gövhərağa məscidinin fars məbədi kimi təqdim edilməsi də bu məqsədə xidmət edirdi.

İkincisi, Qarabağda İran şirkətlərinin biznes şəbəkəsinə şəraitin yaradılmasıdır. Lernik Avanesyanın etirafı da təsdiqləyir ki, İran şirkətləri biznes maraqları qarşılığında “erməni abidələri”nin də bərpa və təmir işlərini həyata keçirirmiş.

İran şirkətlərinin Qarabağda fəaliyyətinə dair açıq mənbələrdə yetərincə fakt var.

Ermənistanda qeydiyyatdan keçən və işğal dövründə Qarabağa sərmayə yatıran İran şirkətlərinin siyahısı:

– “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

Bu şirkətlərin adlarını “İran Mellat Bankı”nın İrəvan filialının şöbə müdiri olmuş Ermənistan vətəndaşı Hraçya Ovanisyan bankın onu işdən çıxarmasına və məhkəməyə verməsinə etiraz olaraq yaymışdı.

İran şirkətlərlə yanaşı, bankları ilə də Qarabağda biznes fəaliyyətini həyata keçirib.

“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.

İşğal dövründə Qarabağda maliyyə əməliyyatları həyata keçirən İran banklarının adları məlum olanları bunlardır.

Məlumatlara görə, İrana qarşı ABŞ sanksiyalarının tətbiqi zamanı pullar Qarabağa gətirilir, daha sonra bu banklar vasitəsilə İrəvandakı banklara köçürülərək, “yuyulur” və “təmiz maliyyə” olaraq dövriyyəyə buraxılırdı.

Bu günlərdə Ermənistanda qalmaqala səbəb olan “Azərbaycandan köçürülən 221 milyon dollar” məsələsinin əsli də İran banklarının Qarabağdakı qanunsuz fəaliyyətinin bir hissəsidir.

Ermənistan parlamentində təmsil olunan “Parlaq Ermənistan” fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib. Milli Təhlükəsizlik Xidmətinin cavabında bunun əsassız olduğunu bildirib. Bu iddia Dünya Bankının 2019-cu ildə açıqladığı hesabata əsasən irəli sürülür.

Əslində 221 milyon dollar Qarabağdakı İran banklarından Ermənistana köçürülüb. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edir. 221 milyon dollar İrandan Qarabağa gətirilən və banklar vasitəsilə Ermənistan banklarına köçürülərək, “yuyulan” pullardır.

İranın işğal dövründə Qarabağdakı biznesini təkcə şirkətlər və bankların fəaliyyəti yox, sərhəd bölgəsindəki əkin və otlaq sahələrinin birgə istismar edilməsi də əhatə edir.

Torpaqlarımızın azad edilməsi İran şirkətlərinin qanunsuz biznesinin də əllərindən çıxması ilə nəticələndi: həm əkin və otlaq sahələrinin istismarından, həm Qarabağda qurduqları ticarət şəbəkəsindən, həm də çirkli pulların yuyulmasından məhrum oldular.

Bu faktlar, bu da İslam adına danışan İran. İran təkcə Ermənistana dəstək vermir, bu dəstəklə həm də islama xəyanətini davam etdirir.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …