Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranın Ermənistandakı səfiri yenidən Ermənistanı dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, 30 il Azərbaycanın torpaqlarının işğalda olduğu vaxt sərhəd toxunulmazlığından danışmayan İran indi Ermənistanın sərhəd toxunulmazlığını dəstələyir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran İslam İnqilabının 45-ci ildönümü ilə bağlı İrəvanda keçirilən mərasimdə iddia edib ki, İran həmişə regional problemlərin və böhranların həllinin bir hissəsi olub. Bu çətin günlərdə ölkəm regionda sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək. İran regionda sabit sülhü qoruyur. İstənilən sülh ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əhatə etməlidir.

O bildirib ki, İran regional təşəbbüsləri, o cümlədən Baş nazir Paşinyanın təqdim etdiyi və ölkələrin milli suverenliyi çərçivəsində kommunikasiyaların açılmasına yönələn “Sülh qovşağı” təşəbbüsünü alqışlayır və dəstəkləyir.

Sübhani həmçinin Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasının iki ölkə arasında münasibətlərə daha da təkan verəcəyini iddia edib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …