Şənbə , İyun 13 2026
azfa

İranın ETTELAAT İdarəsinin göstərişi ilə azərbaycanlı vəkilin iş lisenziyası ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin göstərişi ilə Güney Azərbaycanda azərbaycanlı vəkil, mədəni fəal Yılmaz Mehrəlibəylinin vəkillik lisenziyası ləğv edilib.

Azərbaycanlı vəkil bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Yılmaz Mehrəlibəyli bildirib ki, ETTELAAT İdarəsinin basqısı nəticəsində onun vəkillik lisenziyası Şərqi Azərbaycan Vəkillər Kollegiyası tərəfindən ləğv olunub.

Azərbaycanlı vəkil bildirib ki, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının rəsisi ona deyib ki, vəkilə qarşı bu qərar Şərqi Azərbaycan əyalətində İranın ETTELAAT İdarəsinin məktubu əsasında verilib.

 Yılmaz Mehrəlibəyli bununla bağlı yazıb: “Bir vəkil olaraq bu işin sonuna kimi gedəcəyəm və arxayınam ki, bu yolda haqq və azadlıq istəyənlər mənə arxa duracaqlar”.

Qeyd edək ki, Yılmaz Mehrəlibəyli tanınmış azərbaycanlı fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəylinin qardaşıdır. Güney Azərbaycanın Culfa şəhərinin Şüca kəndindən olan hər iki azərbaycanlı qardaş bundan öncə də milli-mədəni fəaliyyətləri ilə bağlı təzyiqlərə məruz qalıblar.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …