Çərşənbə , İyun 17 2026
azfa

İranın ETTELAAT nənurları azərbaycanlı şair Məhəmmədrza Cəfərinin (Çalğın) evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT nənurları Təbriz şəhərində tanınmış azərbaycanlı şair Məhəmmədrza Cəfərinin (Çalğın) evinə hücum edib.

Rejimin məmurları bu gün səhər şairin evinə hücum edərək, onun şəxsi əşyaları, o cümlədən mobil telefonunu müsadirə edib aparıblar.

Onlar azərbaycanlı fəaldan istəyiblər ki, çərşənbə günü ETTELAAT-ın 37-ci otağına müraciət etsin.

Qeyd edək ki, azərbaycanlı şairin bir sıra əsərləri, o cümlədən “Əlvida”, “Yalan sərgisi”, “Mən qadınların tərəfindəyəm” və s. çap edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …